Bakıda yağış, rayonlarda külək - Sabahın HAVA PROQNOZU

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yağış, rayonlarda külək - Sabahın HAVA PROQNOZU

Sosial

14 Noyabr 2024 12:53 391


Milli Hidrometeorologiya Xidməti noyabrın 15-də gözlənilən hava şəraitini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 70-80 % olacaq. pizza

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 3-8° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!