Bakıda yandırılmış kişi meyiti tapıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yandırılmış kişi meyiti tapıldı - Fotolar

Kriminal

27 Aprel 2020 20:19 866


Bakıda qətl hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 

Belə ki, axşam saatlarında “DSK yolu” kimi tanınan ərazidə üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilib. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsi, Rayon Prokurorluğu və Bakış Şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb edilib.  Toyuqlu pizza

Əraziyə və meyitə baxış keçirilən zaman öldürülən şəxsin təxminən 50-55 yaşlarında kişi olduğu müəyyən edilib. Eyni zamanda meyitin yandırıldıqdan sonra yol kənarına atıldığı aşkar edilib.

Kriminal ekspertlərin apardığı araşdırma zamanı meyitin baş nahiyəsindən başqa bütün bədən üzvlərinin tamamilə yandığı məlum olub. 

Hazırda ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!