Bakıda yaşayış binasında yanğın:   Sakinlər təxliyə edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi

Hadisə

29 Avqust 2023 23:33 437


Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər bina sakini təxliyə edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində doqquz ədəd elektrik sayğacı, səkkiz p.m elektrik kabeli, 1 ədəd qaz sayğacı və yaxınlıqda diametri 20 millimetr olan qaz xəttindən sızan məişət qazı yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Marqarita pizza

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!