Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır   - TARİX AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - TARİX AÇIQLANDI

İdman

08 May 2026 21:31 92


Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev və meksiyalı Manuel Torresin görüşünə biletlər mayın 15-də, saat 10:00-dan etibarən satışa çıxarılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Biletlər iTicket üzərindən satışa təqdim olunacaq. "UFC Fight Club" üzvləri biletlərini mayın 13-də, saat 10:00-da əldə edə biləcəklər. Tədbirə maraq göstərərək öncədən qeydiyyatdan keçən şəxslərə isə biletlər bir gün sonra təqdim olunacaq. pizza

Qeyd edək ki, Rafael Fiziyev (13-5, Bakı, Azərbaycan) hazırda yüngül çəki divizionunda 11-ci pillədə qərarlaşıb və doğma arenada qələbə qazanaraq çempionluq mübarizəsinə dönməyi hədəfləyir. Onun rəqibi isə Meksikanın Tijuana şəhərindən olan, UFC-dəki bütün qələbələrini nokautla qazanan və 100 faiz finiş göstəricisinə sahib Manuel "Loco" Torresdir (17-3).

Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!