Balakəndə 230 min manatdan baha bəyan edilməmiş mal saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə 230 min manatdan baha bəyan edilməmiş mal saxlanılıb

Hadisə

01 Sentyabr 2026 17:35 69


Balakən Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən hərtərəfli nəzarət tədbirləri zamanı gizlədilmiş və bəyan olunmamış böyük partiyada mallar üzə çıxarılıb.

“Yeni Sabah” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, "Mazımqara" gömrük keçid Məntəqəsində Gürcüstan istiqamətindən daxil olan və müxtəlif təyinatlı yüklər daşıyan iki yük avtomobilinə baxış keçirilib. Yoxlamalar zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və ya bəyannamədə düzgün göstərilməyən linzalar, məişət texnikası, eləcə də tibbi və kosmetik vasitələr tapılıb. Aşkar olunan malların ümumi dəyəri 232 min 185 manat qiymətləndirilir.

Qanunsuzluqla bağlı hazırda təhqiqat işləri davam etdirilir. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!