Balakəndə avtomobil çaya düşdü, üç nəfər xəsarət aldı
11 May 2021 20:21
772

Balakəndə avtomobil çaya düşdü, üç nəfər xəsarət aldı

Balakəndə minik avtomobili çaya düşüb, biri ağır olmaqla üç nəfər xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, hadisə axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib.

Zaqataladan Balakən şəhəri istiqamətindəhərəkətdə olan “VAZ 21099” markalı minik avtomobilinin qarşısına at çıxması səbəbindən maşın idarəetmədən çıxaraq ərazidən axan çaya düşüb. Qəza zamanı biri ağır olmaqla üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılarxəstəxanayaaparılıblar, onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır./APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər