Balidən qayıdan Çingiz: “Yeni mahnı, klip və konsertlər olacaq“

saytların hazırlanması

Evə çatdırılma

Balidən qayıdan Çingiz: “Yeni mahnı, klip və konsertlər olacaq“

Şou

02 Avqust 2022 15:19 1152


"Həyatımın hər dönəmi çox dəyişik və fərqli keçirib. Son 1 ildə özümü heç vaxt olmayacaq qədər şəxsi inkişafıma və ruhani praktikalarıma həsr elədim. Təbii ki, çox dəyişimlər keçirdim. Sizə danışmaq istədiyim hədsiz dərəcədə çox emosiyalar, fikirlər və təcrübələr var. Zamanla hər birini bölüşəcəm".

Yenisabah.az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Azərbaycanı 3 il əvvəl "Truth" nəğməsi ilə "Avroviziya" beynəlxalq mahnı yarışmasında təmsil edən müğənni Çingiz Mustafayev sosial şəbəkə hesabında yazıb.

Uzun müddətdir İndoneziyanın Bali adasına köçüb, orada musiqi fəaliyyətini davam etdirən sənətçi yenidən vətənində böyük səhnəyə qayıtdığını dilə gətirib. Dördpendirli pizza

"Altı aylıq Bali səfərimdən sonra daha dərindən anladım ki, insan həyatında balansı qorumaq ən fundamental prinsiplərindən biridir. Ona görə də, daxili dünyam ilə paralel, yeni nəfəslə və güclə karyeramı davam etdirəcəm. Yaxın günlərdə yeni mahnı və klip ilə qarşınızda olacam.

Çox keçməz ki, iki böyük konsertin elanını paylaşacam. Sizinlə görüşmək üçün səbirsizlənirəm. Gözləmədə qalın. Görüləsi işlər, danışılası çox şeylər var", - deyə Ç.Mustafayev fikirlərini ifadə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!