Banklardan kredit götürənlərə   vacib xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Banklardan kredit götürənlərə vacib xəbərdarlıq

İqtisadiyyat

13 Oktyabr 2026 11:13 103


Mərkəzi Bankının İdarə Heyəti bank sektorunda kredit risklərinin daha effektiv idarə olunması, borcalanların ödəmə qabiliyyətinin etibarlı qiymətləndirilməsi və prudensial tələblərin mövcud risklərə uyğunlaşdırılması məqsədilə üç əsas qaydada dəyişiklikləri təsdiq edib.

“Yeni Sabah” xəbər verir ki, Mərkəzi Bankın 15 sentyabr 2026-cı il tarixli, 39/3 nömrəli Qərarı ilə “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda, “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda dəyişikliklər edilib.

Yeniliklər kreditləşmə prosesində tətbiq olunan yanaşmaların real risk səviyyəsi ilə daha sıx uzlaşdırılmasına xidmət edir. Bu çərçivədə davranış modelləri əsasında kreditləşmə üzrə tələblər və ehtiyatlandırma yanaşmaları təkmilləşdirilib. Məqsəd borcalanların ödəniş qabiliyyətini etibarlı məlumatlar əsasında qiymətləndirmək və prudensial tələblərin mütənasibliyini artırmaqla yanaşı, bankların kreditləşmə imkanlarını dəstəkləməkdir. pizza hut

Bununla yanaşı, aktivlərin təsnifləşdirilməsi zamanı risklərin daha dolğun nəzərə alınması, nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslərin kredit öhdəliklərinin qiymətləndirilməsi mexanizmi də dəqiqləşdirilib. İstehlak kreditləşməsində isə zaminlik mexanizminə dair tələblər sərtləşdirilərək borc öhdəliklərinin dayanıqlılığı və kredit təminatının etibarlılığı artırılıb.

Qəbul edilmiş yeni dəyişikliklər 9 noyabr 2026-cı il tarixindən rəsmi olaraq qüvvəyə minəcək.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!