“Barselona“da maliyyə böhranı - Futbolçular satılmasa, aclıq olacaq
01 Avq 2020 11:32
319

“Barselona“da maliyyə böhranı - Futbolçular satılmasa, aclıq olacaq

"Barselona"nın yay "transfer pəncərəsi" ilə bağlı planları məlum olub.

Yenisabah.az xəbər verir ki, "Barselona" transfer etmək üçün oyunçularını satmalıdır.

Katalon klubunun maddi vəziyyəti heç də ürəkaçan deyil. "Barsa" məşqçilər korpusunun istəmədiyi futbolçularla yolları ayıra bilməsə, bu yay yeni transfer həyata keçirmək mümkün olmayacaq.

Sportinfo yazır ki, klub 12 futbolçusunu satışa çıxarmağı planlaşdırır. "Barselona" 2019-20 mövsümündə La Liqanı əzəli rəqibi "Real"ın 5 xal gerisində, ikinci sırada bitirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər