Baş direktor “SAHA EXPO 2026” sərgisində iştirak edib

saytların hazırlanması

Evə çatdırılma

Baş direktor “SAHA EXPO 2026” sərgisində iştirak edib

Rəsmi

08 May 2026 15:04 144


Müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti “SAHA EXPO 2026” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfər edib.

"Yeni Sabah" xəbər verir ki, səfər çərçivəsində nazir müavini Türkiyənin milli müdafiə naziri cənab Yaşar Güler, Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgün və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerlə görüşüb.

Keçirilən görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. pizza

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC sərgidə ölkəmizi stendlə təmsil edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!