Baş nazir Azərbaycandan neft məhsulları göndərilməsini təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir Azərbaycandan neft məhsulları göndərilməsini təsdiqlədi

Dünya

18 Dekabr 2025 14:33 444


Azərbaycandan neft məhsullarının ilk partiyası Ermənistana göndərilib.

"Yeni Sabah" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.

"Bilirəm ki, Azərbaycanda istehsal olunan neft məhsulları daşıyan ilk qatar artıq Ermənistana yollanıb. Mən bu inkişafı alqışlayıram", - o deyib. Sezar pizza

Baş nazirin sözlərinə görə, ticarət özəl şirkətlər arasında aparılır, lakin bunun üçün siyasi şərait Ermənistanla Azərbaycan arasında yaradılmış sülh sayəsində yaranıb.

"Siyasi razılaşmalar da olub. Birinci sövdələşmə artıq reallıqdır", - Paşinyan bildirib.

Bundan əvvəl SOCAR-ın istehsal etdiyi Aİ-95 markalı benzinin 22 vaqonunun dekabrın 18-də Ermənistana göndəriləcəyi barədə məlumat yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!