Yaponiyanın иaş naziri Fumio Kişida Qazaxıstan, Özbəkistan və Monqolustana planlaşdırılan 4 günlük səfərini ləğv edib.
Yenisabah.az "Kyodo"ya istinadla xəbər verir ki, o, potensial zəlzələ ilə bağlı hökumətin cavab reaksiyasına və məlumatların yayılmasına diqqət yetirmək üçün xarici səfərdən vaz keçib.
Baş nazir Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya dövlətləri - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Yaponiyanın birgə ilk sammitdə iştirak etməli və birgə bəyannamə qəbul etməli idi.
Kİşida Özbəkistda da olmalı idi.
Bazar ertəsi isə onun Monqolustana səfəri nəzərdə tutulurdu.
Telegram kanalımız