Beyləqan rayonunda baş vermiş silahlı insidentlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində aparılmış ibtidai araşdırmalar tamamlanıb.
“Yeni Sabah” xəbər verir ki, iş üzrə 5 nəfər təqsirləndirilir.
Beyləqan rayonunun Birinci Şahsevən kənd sakini Əhməd Məmişovun müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərlə qabaqcadan əlbir olaraq həmkəndlisi Orxan Bəyzadlını qəsdən öldürməyə 2 dəfə cəhd edib. Pepperoni pizza
Ə.Məmişov və Muxamed Abdullayevə CM-in bir neçə maddəsi ilə ittiham irəli sürülüb.
Digər cinayət işi üzrə isə aparılmış istintaqla Beyləqan rayon sakini Rahil Muradov müxtəlif vaxtlarda qabaqcadan əlbir olan bir qrup şəxs halında transmilli narkotik qaçaqmalçılığı ilə məşğul olmasına, narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə qanunsuz dövriyyəsini təşkil etməsinə, dövlət sərhədini dəfələrlə qanunsuz keçməsinə və s. əsaslı şübhələr müəyyən edilib.
Ona, habelə Ceyhun Əhmədov və Samir Məmmədov CM-in müvafiq maddələri ilə ittiham irəli sürülüb.
Hər iki cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə və Bakı Hərbi Məhkəməsinə göndərilib.
Telegram kanalımız