2019-cu ildə Cəlilabad rayonunda itkin düşən şəxsin qəsdən öldürüldüyü müəyyən edilib.
Bu barədə "Yeni Sabah"a Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.
Məlumata görə, 2019-cu ilin aprel ayında Göytəpə şəhər sakini Nadir Məmmədovun həmin ilin mart ayında yaşadığı evdən çıxdıqdan sonra geri qayıtmaması ilə bağlı polisə müraciət daxil olub. Faktla əlaqədar Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Dördpendirli pizza
Toplanmış materiallar əsasında 8 avqust 2019-cu ildə Cəlilabad rayon prokurorluğunda cinayət işi başlanılıb. İstintaq və əməliyyat-axtarış tədbirləri aparılsa da, Nadir Məmmədovun olduğu yeri müəyyənləşdirmək mümkün olmayıb və cinayət işi üzrə icraat sonuncu dəfə 18 oktyabr 2022-ci ildə dayandırılıb.
Sonrakı dövrdə prokurorluq və polis əməkdaşlarının davam etdirdiyi koordinasiyalı tədbirlər, həmçinin toplanmış sübutların hərtərəfli təhlili nəticəsində Nadir Məmmədovun itkin düşməsinin qəsdən adam öldürmə cinayəti ilə bağlı olduğu müəyyən edilib.
İstintaqla Nadir Məmmədovun əvvəldən tanıdığı, 1959-cu il təvəllüdlü Ramiz Ələkbərov tərəfindən qisas məqsədilə öldürülməsinə əsaslı şübhələr müəyyən olunub.
Belə ki, 23 aprel 2019-cu ildə Nadir Məmmədovun spirtli içkinin təsiri altında olmasından istifadə edən Ramiz Ələkbərov onu Göytəpə şəhərində idarə etdiyi avtomobilə əyləşdirərək Masallı rayonunun Təzə Alvadı kəndində yerləşən evinin həyətinə aparıb. Həmin gün saat 22 radələrində avtomobildə olan Nadir Məmmədovu boğaraq öldürən Ələkbərov cinayəti gizlətmək məqsədilə meyiti həyətdəki istifadəsiz su quyusuna atıb.
20 sentyabr 2026-cı ildə cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə, yəni qəsdən adam öldürmə kimi tövsif edilib. Ramiz Ələkbərov şübhəli şəxs qismində tutulub və müdafiəçisinin iştirakı ilə dindirilərkən cinayəti etiraf edib.
Bundan sonra onun iştirakı ilə hadisə yerinə baxış keçirilib. Ələkbərovun göstərdiyi istifadəsiz su quyusunda qazıntı aparılıb və insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkar edilərək götürülüb.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Aytac Əliyeva
Telegram kanalımız