“Başqalarına sataşmadan, qəlb qaraltmadan yaşayın“ - İradədən məsləhət

saytların hazırlanması

Evə çatdırılma

“Başqalarına sataşmadan, qəlb qaraltmadan yaşayın“ - İradədən məsləhət

Şou

06 May 2022 11:36 214


Müğənni İradə İbrahimovanın imicini dəyişərək saçlarını bəyaz rəngə boyaması müzakirələrə səbəb olub.

Yenisabah.az xəbər verir ki, yeni görünüşü bəzi izləyiciləri tərəfindən bəyənilməyən müğənniyə çoxsaylı neqativ şərhlər yazılıb.

İfaçı yazılan mənfi şərhlərin hamısını sildiyini qeyd edib: pizza mizza

"Yenə "inciməyin, sizi bəyənirəm, sevirəm, amma bu görəsən güzgüyə baxmır? Təcili, imkan varsa dəyişin…"... Bu kimi qəlb gözləriylə baxıb, yazan şərəfəfzalar… Başqa insanların hüzurlu hallarını görüncə mənim içim sonsuz sevinclə dolur. Müzakirə və üsyan etmirəm, nə yediyinə-içdiyinə, saçına-başına, geyindiyinə baxıb, neqativ duyğu məktubu yazmıram. Məni qoyaq bir kənara.

Deyirəm, insanların seçimlərini bu cür həddini bilmədən yönləndirməyə çalışmaq, təndiq etmək nə qədər ayıb bir şeydir. Əvvəlcə silməyəcəkdim yazdıqlarını, sonra o mənfi, qüsur axtarmaq üçün baxanları səhifəmdə görmək istəmədim. "Onların həyata baxışlarını mən dəyişdirə, onları müalicə edə bilmərəm" deyib, sildim. Bağışlayın, amma başqalarına sataşınca xoşbəxt olan nifrətinizi, kininizi, qara qəlbinizi mən müalicə edə bilmərəm. Ən gözəli bu insanlardan uzaqlaşmaq, özümüzdən uzaqlaşdırmaq, əsəbləşməmək, üzülməməkdir. Sizə pis söz söyləyib pislik etməyə dəvət edənlərin sırasına daxil olmayın! Boş verin! Gözəl baxan, mütləq gözəl görər”

O, insanlara qəlb qaraltmadan yaşamağı məsləhət görüb:

“Əslində hər insan bir aləm, bir sözdür. Hər insan öz aləmindən bir parça göndərmiş olur bizlərə. İnsanın ürəyi sözünü, özünü əks etdirir. Həyat çox gözəldir. Həyatı, yaşamı çətinləşdirən biz insanlarıq. Əslində həyat öz axarında axıb gedir, biz insanlarsa, mızırax qoyuruq. Bu həyat yolunda tikanlı kollara dəyməmək üçün mütləq ətəklərinizi qaldırın və keçin. Heç kimə də hesab vermək məcburiyyətində deyilsiniz. Ürəyinizdən, içinizdən keçdiyi kimi yaşayın. Yetər ki, sataşmadan, qəlb qaraltmadan yaşayın. Unutmayın, baxdıqları bizlər, gördükləri isə onlardır. Çox xoşbəxt olsunlar onlar da, biz də, inşallah".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!