16 Avqust - 05:30
Batumidə Azərbaycan vətəndaşına 4 il həbs cəzası verildi

Batumidə Azərbaycan vətəndaşına 4 il həbs cəzası verildi

Kriminal

05 İyul 2022 13:05 744


Gürcüstanın Batumi şəhərində ötən ilin oktyabrında bina uçqunu ilə bağlı həbs olunan Azərbaycan vətəndaşı Zaur Budaqov 4 il müddətinə azadlıqdan məhrum edilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərarı şəhər məhkəməsi qəbul edib.

İş üzrə itiham olunan digər iki şəxs - ata-oğul Hüseyn və Giorgi Surmanidze isə hər biri 3 il müddətinə həbs edilib.

Z.Budaqovun vəkili müdafiə etdiyi şəxsə qarşı ittihamların absurd olduğunu bildiirb. O, məhkəmə qərarından şikayət verəcəyini deyib.

Xatırladaq ki, Batumidə yaşayış binasının bir bloku ötən il oktyabrın 8-də çöküb. Nəticədə 3-ü uşaq olmaqla 9 nəfər ölüb. Ekspertiziya əsasən, çökməyə səbəb birinci mərtəbədə Z.Budaqova məxsus olan mənzildə dayaq divarının sökülməsi olub. Azərbaycan vətəndaşı və təmir işləri aparan digər iki şəxs ölüm və ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasında texniki və təhlükəsizlik qaydalarının pozulması, həmçinin insan ölümü və digər ağır nəticələrə səbəb olan əşyanın yandırılması, partlayış və yaxud digər ümumi təhlükəli üsullardan istifadə etməklə zədələnməsi və ya məhvi maddələri üzrə ittiham olunublar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!