“Baxın, azərbaycanlılar hara çatıblar, daha da irəliləyəcəklər” - Erməni polkovnik

saytların hazırlanması

Evə çatdırılma

“Baxın, azərbaycanlılar hara çatıblar, daha da irəliləyəcəklər” - Erməni polkovnik

Siyasət

21 İyun 2024 19:33 6106


Baxın, Kirantsın (Xeyrimli istiqaməti) bir neçə yüz metrliyində Azərbaycan bayrağı dalğalanır, amma bu, müvəqqətidir, alternativ yol çəkiləndən sonra daha da yaxın gəlib yerləşəcəklər.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistan ordusunun ehtiyatda olan polkovniki Mihran Maqsudyan Xeyrimli kəndində dalğalanan Azərbaycan bayrağını jurnalistlərə göstərərək deyib.

O qeyd edib ki, yol çəkildikdən sonra Azərbaycan sərhədçiləri kəndin mərkəzindən 50-60 metr məsafədə yerləşəcəklər.

“Hazırda bu istiqamətdə çəkilən alternativ yolda tikinti işləri gedir. Həmin yolda bir ev də sökülməlidir”, - Maqsudyan bildirib.

Polkovnik vurğulayıb ki, mövcud körpü Azərbaycanın nəzarətinə keçib, yeni körpü tikilir: “Düşmən (Azərbaycanı nəzərdə tutur – red.) körpüdən 120 metr aralıda yerləşəcək. Bu, təqdim olunan xəritəyə uyğundur.

Maqusdyan ermənilərin işğal dövründə mənimsəmək istədikləri Xeyrimli kəndinin qalan hissəsinin də yeni yol tikildikdən sonra Azərbaycana təhvil veriləcəyini qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!