Bayden İsraildən Ukraynaya hərbi yardımı artırmağı xahiş edəcək

saytların hazırlanması

Evə çatdırılma

Bayden İsraildən Ukraynaya hərbi yardımı artırmağı xahiş edəcək

Dünya

14 İyul 2022 13:25 670


ABŞ prezidenti Co Bayden iyulun 14-də Qüdsdə keçiriləcək ikitərəfli görüşdə İsrailin baş naziri Yair Lapiddən Ukraynaya hərbi yardımı artırmağı xahiş edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə iyulun 14-də Amerika rəsmilərinə istinadən “Axios” portalı məlumat yayıb. 

“İsrailin son günlər elan etdiyi yeni yardım bizi qane edir, lakin Ukraynanın xüsusi tələbləri var, biz bunu İsrail tərəfi ilə müzakirə etməyə hazırlaşırıq”, - nəşr ABŞ administrasiyasının adının açıqlanmayan nümayəndəsinin sözlərini sitat gətirib. Pepperoni pizza

Portal qeyd edib ki, İsrail Moskva ilə bağlı siyasətinə aydınlıq gətirərək daha çox “ukraynapərəst mövqe” tutsa da, hələ də Ukraynanı müasir silahlarla təmin etməyib.

Bundan əvvəl Yəhudi Dövlətinin Müdafiə Nazirliyi İsrailin Ukraynanın dövlət xidmətlərinə 1500 dəbilqə, eyni sayda qoruyucu gödəkçə və 1000 qaz maskası tədarük edəcəyini açıqlamışdı. Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsinin iyulun 13-də açıqladığı kimi, Ukraynadakı vəziyyət Lapid və Bayden arasında Qüdsdə keçiriləcək danışıqların mövzularından biri olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!