Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Bayden “Taliban“ qarşısında diz çökdü“ - Tramp
22 Avq 2021 10:31
489

“Bayden “Taliban“ qarşısında diz çökdü“ - Tramp

"Bayden "Taliban" qarşısında diz çökdü".

Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, administarsiya Əfqanıstandakı bütün mövqelərini "Taliban"a təslim edib.

"Taliban" siyasi bürosunun rəhbər Əbdülqəni Bəradər ilə əlaqələrim var idi, o lider idi. Dedim ki, Əbdül, bir şey olsa, aqibətin çox qorxunc olacaq... Onlar yaxşı döyüşçülərdir. Amma onlarla yaxşı münasibətim var idi".

Tramp bunu Alabama əyalətində tərəfdarlarının mitinqində deyib.

Eks-prezidentin Molla Əbdülqəni Bəradərlə təmasları 2020-ci ilin mart ayının əvvəllərində baş tutub.

"Onlara dedim ki, müqavilə bağlamaq üçün şərtlər var. İlk ikisi ilə razılaşmadılar, sonra şərtləri qəbul etdilər", - deyən Tramp prezident seçkilərində məğlub olması ilə müqavilənin əngəlləndiyini iddia edib.

Tramp dünyanın ABŞ-dan məyus olduğunu söyləyib: "Hamı bizə baxır və deyir ki, görəsən, ABŞ- nə oldu? İnana bilmirlər".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər