Bayden transgenderlərin orduda xidmətinə icazə verdi
25 Yan 2021 23:57
266

Bayden transgenderlərin orduda xidmətinə icazə verdi

ABŞ Prezidenti Co Bayden özündən əvvəlki administrasiyanın transgendərlərin Amerika Silahlı Qüvvələrində xidmətinə qoyduğu məhdudiyyətləri ləğv edən fərman imzalayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

 “Prezident Bayden hesab edir ki, cinsiyyət mənsubluğu hərbi xidmətə mane olmamalıdır”, deyə Ağ Evin yaydığı açıqlamada bildirilir.

Qeyd edək ki, ABŞ-ın 44-cü prezidenti Barak Obama 2016-cı ildə transgenderlərin Silahlı Qüvvələrə yazılmasına və lazımi tibbi yardım almasına icazə vermişdi. Donald Tramp isə transgenderlərin orduya qəbul edilməsini donduran direktiv imzalamışdı. Yalnız xidməti davam edənlərin Silahlı Qüvvələrdə qalmasına icazə verilmişdi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər