“ABŞ Ukraynanın Rusiya ilə münaqişəylə bağlı qərarlarına müdaxilə etmir və Krımın bir andaca geri qaytarılmasına Kiyevin nail ola bilməyəcəyini mümkün hesab edir”.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.
“Biz onlara münaqişənin yekun nəticəsinin nə olacağını diktə etmək fikrində deyilik”, – Bayden “ABC” telekanalına müsahibəsində deyib. pizza
O, Ukraynanın Krımı geri qaytarmaq perspektivləri ilə bağlı sualı da cavablandırıb:
“Bundan əvvəl keçid dövrünün hansı şəraitdə olacağını təsəvvür edə bilərəm. Hər şey bir anda baş vermir”.
Xatırladaq ki, 2014-cü ilin martında Ukraynada dövlət çevrilişindən sonra keçirilən referendum nəticəsində Krım Rusiya tərəfindən ilhaq olunub. 2014-cü ildə keçirilən referendumda Krımda seçicilərin 96,77%-i, Sevastopolda isə 95,6%-i Rusiyanın tərkibinə daxil olmağın tərəfdarı olub.
Telegram kanalımız