18 Avqust - 06:21
Baydenin növbəti testi də müsbət çıxdı

Baydenin növbəti testi də müsbət çıxdı

Dünya

06 Avqust 2022 09:13 470


ABŞ Prezidenti Cozef Baydenin növbəti koronavirus testinin nəticəsi açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

ABŞ administrasiyasının rəhbərini müalicə edən həkim Kevin O Konnorun bəyanatına görə, Baydenin koronavirus testi növbəti dəfə müsbət çıxıb. ABŞ lideri ciddi özünütəcrid qaydalarına riayət etməyə davam edəcək.

Kevin O Konnor bildirib ki, Prezident özünü çox yaxşı hiss edir.

“Öskürək demək olar, tamamilə yox olub. Hərarət, nəbz, qan təzyiqi, tənəffüsü və saturasiya səviyyəsi normal həddə qalır. Ciyərlər təmizdir", - O Konnor əminliklə bildirib. Həkim əlavə edib ki, buna baxmayaraq, SARS-CoV-2 virusu üçün test müsbət nəticə göstərib.

“Prezident əvvəllər elan edilmiş ciddi özünütəcrid tədbirlərini həyata keçirməyə davam edəcək”, - açıqlamada deyilir.

Eyni zamanda Ağ Evin mətbuat xidməti Cozef Baydenin həyat yoldaşı Cillə birlikdə bazar ertəsi Kentukkiyə gedəcəyini də bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!