ABŞ prezidentinin Ukraynaya səfəri bir neçə ay gizli şəkildə planlaşdırılıb.
Yenisabah.az xəbər verir ki, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Rusiyanın əvvəldən məlumatlandırdığını təsdiqləyib.
Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev də açıqlayıb ki, Kreml Baydenin Kiyevə səfərindən əvvəl onun təhlükəsizliyinə zəmanət verib. Dominos pizza
ABŞ prezidentinin Avropa məsələləri üzrə müşaviri Amanda Slott deyib: "Hamı bu missiyanı elə başa vurmağa çalışırdı ki, prezident ora gedib sağ-salamat qayıtsın. Buna görə də, prezidentin "Boeing 747"-si daha kiçik olan "754"lə dəyişdirilib".
Co Bayden və bir ovuc köməkçisi ciddi mühafizə olunan 8 vaqonlu qatarla Ukraynaya gedərkən ABŞ-ın Polşa hava məkanı üzərindən müşahidə uçuşları aparan hərbi təyyarələr marşrutu izləyib.
Telegram kanalımız