Bayram günlərində 142 nəfər zəhərlənib: 1 qadın ölüb

saytların hazırlanması

Evə çatdırılma

Bayram günlərində 142 nəfər zəhərlənib: 1 qadın ölüb

Sosial

05 Yanvar 2022 12:19 611


Bayram günlərində, 31 dekabrdan 5 yanvaradək Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 142 müraciət daxil olub. 

Mərkəzin Mətbuat xidmətindən Yenisabah.az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, müraciət edənlərdən 13 nəfərin vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 129 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. 

Rəsmi məlumata görə, xəstəxanaya yerləşdirilən 13 nəfərdən 5-i qadın, 3-ü kişi, 5-i uşaqlardır. Onlardan 5-i dəm qazından, 3-ü dərmandan, 1-i sirkə turşusundan, 2-si allergiya səbəbindən, 2-si etanol spirtindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, bir qadının həyatını xilas etmək mümkün olmayıb. pizza hut

İlkin tibbi yardım göstərilərək evə buraxılan 129 nəfərdən 28-i dəm qazı, 13-ü dərman, 33-ü alkoqollu içki, 9-u göbələk, 9-u allergiya, 1-i əqrəb sancması səbəbi ilə müraciət edib.

Bildirilib ki, müraciət edən digər 36 nəfərdə zəhərlənmə faktı qeydə alınmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!