Bayram Nurlu nişanöncəsi əməliyyat olundu

saytların hazırlanması

Evə çatdırılma

Bayram Nurlu nişanöncəsi əməliyyat olundu

Şou

20 Aprel 2022 11:04 9271


Bayram Nurlu nişanına hazırlaşır.

Yenisabah.az xəbər verir ki, shownews-a açıqlama verən sosial şəbəkə fenomeni məhz nişan mərasimi üçün bədənşəkilləndirmə əməliyyatı etdirdiyini açıqlayıb:

"Tamaşaçılarım bilir ki, gözəlliyə çox önəm verirəm. İyul ayında möhtəşəm nişan mərasimim olacaq. Məhz bədənşəkilləndirmə əməliyyatını da nişanıma görə etdim. Həmin gün ideal görünməliyəm. pizza hut

Artıq məkan seçilib. Bodrumda ən bahalı məkanlardan biridir. Əlbəttə, nişanımda çox adam iştirak etmək istəyər. Amma cəmi 20 nəfər qatılacaq. Nişanda iştirak edən hər kəs telefonunu mühafizəçilərə verməli olacaq. Şəkil çəkib paylaşmaq olmaz. Öncədən hər bir dəvətlimdən xahiş edəcəyəm.

Artıq mühafizə şirkəti ilə danışılıb. 250 mühafizəçi ərazini qoruyacaq. Heç quş quşluğu ilə oradan uça bilməyəcək. Çox xoşbəxtəm. Allah hər kəsə xeyir iş qismət etsin".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!