Bədənin bu nahiyəsində ağrı varsa təcili həkimə gedin!

saytların hazırlanması

Evə çatdırılma

Bədənin bu nahiyəsində ağrı varsa təcili həkimə gedin!

Sağlamlıq

24 May 2026 13:52 111


“Öd daşı xəstəliyi ciddi fəsadlara səbəb ola bilər”.

“Yeni Sabah” xəbər verir ki, bunu həkim-cərrah Azad Hüseynov bildirib.

Onun sözlərinə görə, öd daşı xəstəliyi öd kisəsində xolesterin və duz yığıntılarının sərtləşərək daş əmələ gətirməsi nəticəsində yaranır: pizza sifarişi

“Bu daşlar uzun müddət simptomsuz keçsə də, öd axınını blokladıqda kəskin ağrılar və ağırlaşmalar yarada bilir. Xəstəliyin ən xarakterik əlaməti sağ qabırğaaltı nahiyədə qəfil başlayan və sağ çiyinlə kürəyə yayılan güclü ağrıdır. Bu ağrılar xüsusilə yağlı qidalardan sonra daha da artır. Eyni zamanda ürəkbulanma, qusma, ağızda acı dad, köp və həzm pozğunluğu da müşahidə oluna bilər”.

Həkim vurğulayıb ki, öd daşlarının yaranmasına yağlı və nizamsız qidalanma, yüksək xolesterin, piylənmə, hormonal dəyişikliklər, uzunmüddətli aclıq, sürətli arıqlama və genetik meyillilik səbəb olur:

“Xəstəliyin diaqnostikasında ən etibarlı üsul ultrasəs müayinəsidir. Müalicə isə daşın ölçüsü və yaratdığı fəsadlara uyğun təyin edilir. Kiçik daşlar bəzi hallarda nəzarətdə saxlanılsa da, əksər hallarda ən effektiv üsul laparoskopik əməliyyatla öd kisəsinin çıxarılması hesab olunur. Vaxtında müalicə olunmayan öd daşı xəstəliyi kəskin iltihab, öd yollarının tutulması, pankreatit və digər ağırlaşmalara səbəb ola bilər. Bu səbəbdən sağ qabırğaaltı ağrılar və həzm problemləri zamanı gecikmədən həkimə müraciət etmək tövsiyə olunur”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!