Bəhram Bağırzadə onu bu sözlərlə təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Bəhram Bağırzadə onu bu sözlərlə təbrik etdi

Şou

19 Fevral 2026 22:13 601


Xəbər verdiyimiz kimi, Azərbaycanın Əməkdar artisti Oleq Əmirbəyov Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru təyin edilib.

"Yeni Sabah" xəbər verir ki, Əməkdar artist Bəhram Bağırzadə bununla bağlı paylaşım edib. 

"Teatr həyatında, yaxşı bir tamaşada olduğu kimi, bəzən gözlənilməz süjet dönüşləri baş verir. Bu gün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi teatr ictimaiyyətini sevindirdi - Azərbaycanın Əməkdar artisti Oleq Əmirbəyov Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru təyin edildi! Sezar pizza

Əziz Oleq! Sən uzun illər bu səhnədə parladın, amma indi sənin səhnən - bütöv teatrdır. Bakıda Rus Dram Teatrının direktoru olmaq sadəcə vəzifə deyil. Bu, missiyadır! Bu, böyük rus səhnəsinin ənənələrini çoxəsrlik Azərbaycan incəsənəti ilə birləşdirmək bacarığıdır. Qoy yeni vəzifən ən parlaq rolların kimi möhtəşəm olsun!

Təbrik edirəm!!!", - B. Bağırzadə həmkarını təbrik edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!