"İnter Mayami" ulduz futbolçusu Lionel Messini qorumaq üçün etdiyi addımla diqqət çəkib.
Qol.az "The Sun"a istinadən xəbər verir ki, ABŞ təmsilçisi argentinalı hücumçunun təhlükəsizliyini təmin etmək üçün mühafizəçi iş götürüb. Yassin Çueko adlı həmin şəxs İraq və Əfqanıstanda xidmət etmiş, sonra MMA-da özünü sınamış keçmiş Amerika əsgəri olduğu məlum olub. Y.Çueko son vaxtlar "İnter Mayami"nin hər oyununda meydanın kənarında yer alır.
Mühafizəçini kluba "İnter Mayami"nin sahiblərindən Devid Bekhem şəxsən özü cəlb edib. O, bir ay əvvəl bir azarkeşin meydançaya qaçaraq Messiyə tərəf getməsindən sonra bu addımı atmağa məcbur olub. Sezar pizza
Çueko daim Lioneli izləyir. O, hətta meydanda gəzir, heç bir kənar adamın icazəsiz Messinin yanına qaçmamasına diqqət yetirir.
Telegram kanalımız