Belçika həbsxanalarında həddindən artıq sıxlıq yaşanır. Ölkənin müxtəlif həbsxanalarında 599 məhbusun çarpayısı olmadığı üçün yerdə yatmağa məcbur qaldığı bildirilir.
“Yeni Sabah” xəbər verir ki, rəsmi Belga agentliyinin Kamu Hizmetleri Sendikası (ACOD) məlumatlarına istinadən yaydığı xəbərə görə, yerdə yatmağa məcbur olan məhbusların sayı son bir həftədə 55 nəfər artaraq 599-a çatıb.
Məlumata görə, çarpayı çatışmazlığı ilə üzləşən şəxslərin 228-i Flandriya bölgəsindəki, 214-ü Valoniya bölgəsindəki həbsxanalarda saxlanılır. Brüsseldə yerləşən Haren həbsxanasında isə 157 nəfərin çarpayısız qaldığı qeyd olunub. Marqarita pizza
Belçikadakı həbsxanaların ümumi tutumu 10 795 nəfər olsa da, hazırda burada 13 434 məhbusun saxlanıldığı bildirilir.
Həbsxanalardakı vəziyyətlə bağlı həmkarlar ittifaqları da etirazlarını artırıb. ACV, ACOD və VSOA həmkarlar ittifaqları həddindən artıq sıxlıq, işçi çatışmazlığı, təhlükəsizlik və infrastruktur problemlərinə diqqət çəkərək sentyabrın 25-26-da 24 saatlıq tətil keçirəcəklərini açıqlayıb.
Həmkarlar ittifaqları Ədliyyə Nazirliyi ilə keçirilən görüşlərdə mövcud problemlərin həlli üçün kifayət qədər konkret addımların atılmadığını bildiriblər.
Bundan əlavə, İnsanlıqdan kənar rəftarın qarşısının alınması üzrə Milli Mexanizm (NPM) Brüsseldə yerləşən iki müvəqqəti saxlanma mərkəzi ilə bağlı araşdırmasının nəticələrini açıqlayıb.
NPM-in məlumatına görə, həmin mərkəzlər hətta bir neçə saatlıq saxlanma üçün də uyğun deyil. Burada kifayət qədər personal və nəzarətin olmadığı, saxlanılan şəxslərin içməli suya çıxışının təmin edilmədiyi və qida ehtiyaclarının qarşılanmasına zəmanət verilmədiyi bildirilib.
Aydan Hacı
Telegram kanalımız