Belçika polisi Avropa Parlamentinin binasında axtarış apardı

saytların hazırlanması

Evə çatdırılma

Belçika polisi Avropa Parlamentinin binasında axtarış apardı

Dünya

13 Dekabr 2022 00:02 685


Belçika polisi Avropa Parlamentinin sədr müavini Eva Kaylinin və daha üç nəfərin həbsinə səbəb olan korrupsiya ilə bağlı araşdırma çərçivəsində Parlamentin binasında axtarış aparıb. 

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

Belçika federal prokurorluğunun məlumatına görə, bu, dörd gün ərzində artıq 20-ci axtarışdır. Dominos pizza

Xatırladaq ki, Eva Kayli Belçikanın paytaxtı Brüsseldə cari dünya çempionatı ilə əlaqəli korrupsiya işi ilə bağlı saxlanılmışdı. Daha öncə Belçika prokurorluğu polisin böyük xüsusi əməliyyat keçirməsi, bu əməliyyat zamanı keçmiş Avropa Parlamentinin deputatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti də daxil olmaqla, 4 nəfərin saxlanıldığı barədə məlumat yaymışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!