Belçika şikayət etdi - Bu işdə Trampın “əli” var?

saytların hazırlanması

Evə çatdırılma

Belçika şikayət etdi - Bu işdə Trampın “əli” var?

İdman

06 İyul 2026 13:28 96


Belçika Kral Futbol Assosiasiyası (RBFA) ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzasının ləğvi ilə bağlı FIFA-nın qərarından rəsmi şəkildə apellyasiya şikayəti verəcəyini bildirib.

"Yeni Sabah" Athletic-ə istinadla xəbər verir ki, RBFA-nın bəyanatında FIFA-nın qərarının yarışın əsasnaməsinə birbaşa zidd olduğu vurğulanıb.

Assosiasiya rəhbərliyi bu qərardan şoka düşdüyünü bildirib və məsələnin həlli üçün bütün mümkün hüquqi addımların nəzərdən keçirildiyini qeyd edib. Toyuqlu pizza

Belçika Futbol Assosiasiyası FIFA-dan diskvalifikasiyanın ləğvi ilə bağlı qərarın tam əsaslandırılmasını, eləcə də Hakimlər Komitəsinin həmin epizod üzrə hesabatını tələb edib.

Baloqun 2026-cı il dünya çempionatının 1/16 finalında Bosniya və Herseqovina ilə oyunda birbaşa qırmızı vərəqə almışdı. Lakin FIFA sonradan futbolçunun avtomatik diskvalifikasiyasını ləğv edərək onu bir il müddətinə şərti cəzaya məruz qoyub. Bu qərarın ABŞ Preziednti Donald Trampın FIFA rəhbəri Canni İnfantinoya zəngindən sonra baş verdiyi iddia olunur.

Bu qərar sayəsində ABŞ millisinin bombardiri Belçikaya qarşı keçiriləcək 1/8 final görüşündə meydana çıxa biləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!