Danışıqlar üçün 60 günlük müddət nəzərdə tutan İran və ABŞ arasında anlaşma memorandumu artıq qüvvədə deyil.
"Yeni Sabah" Mehr-ə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
"ABŞ anlaşma memorandumunu əvvəldən pozub", - deyə o qeyd edib. Dominos pizza
Diplomatın sözlərinə görə, anlaşma memorandumunun mətnində 60 günlük müddət müəyyən edən müddəa yox idi. O, sənədin sadəcə 60 gün ərzində nüvə danışıqlarını nəzərdə tutduğunu izah edib.
Bəqai qeyd edib: "Biz heç vaxt heç bir danışıqlara başlamamışıq və ABŞ əvvəldən razılaşmanı pozub. Buna görə də 60 günlük müddət əhəmiyyətsizdir".
O, İranın qərarları heç bir son tarix təzyiqi altında deyil, öz milli maraqlarına və qiymətləndirmələrinə əsasən verəcəyini vurğulayıb: "İran siyasətini təzyiq və son tarixlər altında tənzimləyən bir ölkə deyil".
ABŞ və İran arasında düşmənçiliyə son qoymağı asanlaşdırmaq üçün nəzərdə tutulan anlaşma memorandumunun müddəti Bazar ertəsi günü bitir.
Telegram kanalımız