Beş bacının tək qardaşı olan şəhidimizin doğum günüdür   - Video

saytların hazırlanması

Evə çatdırılma

Beş bacının tək qardaşı olan şəhidimizin doğum günüdür - Video

Maraqlı

29 Avqust 2021 11:44 956


Bu gün Vətən Müharibəsi şəhidi Əli Cəfərovun şəhadətindən sonra ilk doğum günüdür.Əli Cəfərov 1993-cü ildə Astara dünyaya göz açıb. Beş bacının tək qardaşı kimi böyüyüb.

Yenisabah.az xəbər evrir ki, o, Astara rayon Uşaq-Gənclər İdman Məktəbində sərbəst güləşlə də məşğul olub.

2011-13-cü illərdə kəşfiyyatçı kimi hərbi xidmət keçib. pizza sifarişi

Vətən müharibəsinə könüllü qatılan Əli Cəfərov Talış və Suqovuşanın, Murovdağ yüksəkliyinin alınmasında misilsiz şücaət göstərib.

Elə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. 2020-ci ilin 4 noyabr tarixində doğulduğu kənddə - Astara rayonunun Maşxan kəndində dəfn olunub.

Ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!