Azərbaycan beynəlxalq axtarışda olan 1979-cu il təvəllüdlü Dovletgeldi Başımovu Türkmənistana təhvil verib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Sözügedən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiyasına dair Türkmənistan Baş Prokurorluğunun vəsatəti təmin edilib. Dominos pizza
D.Başımov narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə etmə, saxlama, daşıma cinayətlərinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa verilmişdi.
O, 2026-cı ilin mart ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız