Beynəlxalq mütəşəkkil dəstənin üzvləri olan 12 erməni və gürcü saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Beynəlxalq mütəşəkkil dəstənin üzvləri olan 12 erməni və gürcü saxlanıldı

Kriminal

26 İyun 2021 13:29 1490


Elzas adlı beynəlxalq mütəşəkkil dəstəyə daxil olan Gürcüstan və Ermənistan əsilli 12 nəfər Fransanın şərqində, Strasburqda tutulublar.

Yenisabah.az xəbər verir ki, bu barədə Fransa Mərkəzi İctimai Təhlükəsizlik İdarəsindən bildirilib.

Məlumata görə, onların tutulması üçün təhlükəsizlik idarəsi 2 il araşdırma aparıb:

“Elzas beynəlxalq mütəşəkkil cinayətkar dəstəyə daxil olan Gürcüstan və Ermənistan əsilli 12 nəfər oğurluğun bütün növləri üzrə ixtisaslaşıblar”.

Bildirilib ki, 2019-cu ildə Aşağı Reyn polis departamenti gürcü qarətçilərdən ibarət iki qrupun üzvlərini saxlayıblar. Onlar başqa qruplarla birlikdə 200-dən artıq oğruluq ediblər. Onların başçısı “qanuni oğru” Strasburqdan Elzas cinayətkar strukturu idarə edirmiş.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!