“Bəzən elə adamlara prezident təqaüdü verilir ki…”

saytların hazırlanması

Evə çatdırılma

“Bəzən elə adamlara prezident təqaüdü verilir ki…”

Şou

12 Mart 2019 21:43 1223


“Bəzən görürsən, sənət aləmində elə adamlar var ki, verilən təqdimat əsasında prezident təqaüdü, dövlət mükafatı, mənzil, fəxri adlar alırlar. O zaman düşünürəm ki, mən də bu sənətin daşıyıcısı, nümayəndəsi deyiləm? Mən hansı xalqın musiqisinə xidmət edirəm?”.

“Yeni Sabah” xəbər verir ki, bunu Oxu.az-a müsahibəsində tanınmış xanəndə, Əməkdar artist Nuriyyə Hüseynova deyib. O, bildirib ki, çəkdiyi əmək digərlərindən az deyil, bəlkə də, daha çoxdur: “Mən də əziyyət çəkirəm, biz də əziyyət çəkirik. Ya birdəfəlik fəxri adların, mükafatların, təqaüdlərin hamısı yığışdırılsın, ləğv olunsun, ya da hər bir kəsin haqqı olduğu kimi verilsin.

Yəni təqdimat verən, siyahı tərtib edən insanlar, qurumlar bunu mütləq nəzərə alsınlar, ayrı-seçkiliyə yol verməsinlər. Çünki onların təqdimatından çox şey asılıdır.  Marqarita pizza

Allah hər kəsin özünə qismət etsin, amma bəzən elə sənətçilər mükafatlara, təqaüdlərə təqdim edilir ki, onların, əslində, həmin mükafatlara, maddi vəsaitə ehtiyacları yoxdur, həm adları-sanları yetərincədir, həm də maddi durumları yerindədir.

Amma beş ildir, 10 ildir alırlar, elə sənət adamları da var ki, kirayədə yaşayır, ya da maddi vəziyyətləri, sağlıq durumları yaxşı deyil. İlk növbədə belələri nəzərə alınmalıdır, təqdimat verilərkən bu məqamlara diqqət yetirilməlidir. Bunları deməklə şəxsən kiminsə adını hallandırmaq fikrim yoxdur.

Ona görə istəyirəm ki, hər bir məsələdə tarazlıq gözlənilsin. Dünya nemətləri, fəxri adlar, titullar tarazlı şəkildə təqdim olunmursa, bölünmürsə və ya yaşlı vaxtında bunlar olursa, bəlkə də, heç lazım deyil, hər şey zamanında, məqamında olanda gözəldir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!