“Big Ben”in zəngi çalınmadı - II Elizabetlə vidalaşmada qalmaqal

saytların hazırlanması

Evə çatdırılma

“Big Ben”in zəngi çalınmadı - II Elizabetlə vidalaşmada qalmaqal

Dünya

19 Sentyabr 2022 11:34 873


II Elizabetin xatirəsinin bir dəqiqəlik sükutla yad olunacağı vaxtda London “Big Ben”in zənglərinin çalmaması faktı səs-küyə səbəb olub.

Yenisabah.az xəbər verir ki, bununla bağlı araşdırmaya başlanılıb.

Sükut zamanı zənglərinin mərasimin əvvəlində və sonunda çalınması planlaşdırılıb. Qülləsinin ətrafına toplaşan minlərlə insan zəngi gözləsə də, səs çıxmayıb. pizza mizza

Araşdırma zamanı saat qülləsində kiçik texniki nasazlığın olduğu müəyyən olunub və artıq nasazlıq aradan qaldırılıb. Zənglər yenidən sınaqdan keçiriləcək.

Qeyd edək ki, bu gün Vestminster Abbey kilsəsində keçirilən dəfn mərasimindən sonra kraliçanın cənazəsi müqəddəs Corc kilsəsinə aparılarkən zənglər çalınacaq. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!