Binə qəsəbəsində sənədləri olmayan torpaqları vətəndaşlara sataraq dələduzluq edənlər saxlanılıblar.
Yenisabah.az xəbər verir ki, onlar qəsəbəsində müvafiq sənədləri olmayan torpaq sahələrinin satışını həyata keçirən, eləcə də tikintiyə razılıq alacaqları vədi ilə insanların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törədən 46 yaşlı Zaman Babayev və 48 yaşlı Bərxudar Səmədov saxlanılıblar.
Bu şəxslər qabaqcadan əlbir olaraq sənədləri olmayan torpaqları müxtəlif şəxslərə sataraq ümumulikdə zərərçəkənlərə 154 800 manat məbləğində maddi ziyan vurublar. pizza
Faktla bağlı cinayət işi başlanılıb, Z.Babayev və B.Səmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Telegram kanalımız