“Bir balaca ağlınız olsaydı...” – Rəsul Quliyevdən sərt cavab 
25 Dek 2020 08:23
45253

“Bir balaca ağlınız olsaydı...” – Rəsul Quliyevdən sərt cavab 

“Azərbaycanın qətiyyətli Prezidenti və müdrik 1-ci Vitse-prezidenti Zəngilan və Qubadlı rayonlarına səfər ediblər. Bu səfər vaxtı Prezident maşını sürə-sürə ətrafındakı dağıdılmış ərazilərin şərhini verir və Qubadlıda çox geniş çıxış edib”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycanın eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, Prezidentin Azərbaycan dilində ona məxsus leksikonu formalaşıb və bu çox güclü təəssürat yaradır. 

“Digər tərəfdən Prezident viran edilmiş Azərbaycan torpaqlarının necə bərpa ediləcəyini dərindən bilir və insanlarda bu işi görəcəkdir inamı yaradır. 

Fikirimcə Azərbaycanın adminstrativ inzibatı siyasətində dəyişiklik olmalıdır. DQ administrativ regionu yaradılmalıdır. Bu regionun paytaxtı Şuşa, böyük şəhərləri Laçın və Xankəndi olmalıdır. Bu ağır və şərəfli işdə uğurlar”.

R. Quliyev hakimiyyətə qarşı olan loyal mövqeyinə görə onu tənqid edənlərə cavab verib: “Şərhlərə nəzər yetirsəniz yazıya bəzi qeyri normal münasibətə rast gələrsiniz. Sizlərin mənim yazılarıma verdiyiniz qiymət çox ucuz, cılız və ağılsızlıq nümunəsidir. Mənim yazılarımın Azərbaycana qayıtmaq arzumla heç bir əlaqəsi yoxdur. Bir balaca ağlınız olsaydı nə üçün mən Azərbaycana qayıtmağa belə cəhd etməliyəm sualına cavab verərdiniz. Nə üçün. İnsanda beyin düşünmək üçün verilib, cəfəngiyat yazmaq üçün yox”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər