“Biz “Barselona“da Messini gözləyirik“ - Gedir? 

“Biz “Barselona“da Messini gözləyirik“ - Gedir? 

İdman Veb saytların hazırlanması

21 Mart 2023 12:40 654


"Barselona"nın yarımmüdafiəçisi Serxi Roberto klubun futbolçularının Lionel Messinin dönüşünü gözlədiklərini bildirib. 

Yenisabah.az xəbər verir ki, o, "Mundo Deportivo"ya açıqlamasında deyib: "Onu qucaq açıb qarşılayacağıq. Messinin qayıdışına kim hazır olmazdı? Amma biz hələ də bu barədə çox danışmaq istəmirik, çünki qərarları prezident, məşqçi və başqa insanlar verir. Amma əgər söhbət oyunçulardan gedirsə, deməli, indi onu gözləyirik”. 

Qeyd edək ki, Messi 2021-ci yayında "Barselona"dan ayrılıb, PSJ-yə keçib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!