“Evdə oğlum bomba səsi eşidəndə üzümə baxır. Məcbur ona gülürəm. Uşaq stresi daha pis keçirir. Üzü qanlı, valideynlərini itirən uşaqların stresini başa düşmək olmaz. Dəhşət bir şeydir”.
Yenisabah.az xəbər verir ki, bu sözləri əməkdar artist Abbas Bağırov deyib. ATV telekanalında yayımlanan “Şou ATV” proqramının qonağı olan sənətçi ermənilərin mülki əhalini atəşə tutmasını zəiflik adlandırıb:
“Gəncədə oxuduğum məktəbə də raket düşüb. Bu, düşmənin özünü son dərəcə zəif göstərməsidir. Düşmən adına da layiq olmaq lazımdır, düşmən səngərdə döyüşər. Onlarsa dinc əhalinin üstünə yatdığı yerdə bomba atır. Bizim ürəyimizdə, düşüncələrimizdə qorxu yoxdur. Gəncəlilər qorxmur. Gəncə tarixi, müharibələr görən şəhərdir, 1990-cı illərdə də müharibənin şahidi olmuşuq”. Pepperoni pizza
Qeyd edək ki, müğənni bir müddətdir ailəsi ilə birgə Gəncədə yaşayır.
Telegram kanalımız