Böyük Britaniya Rusiyadan neft idxal edir.
Yenisabah.az “Daily Telegraph”a istinadla xəbər verir ki, Hindistan Rusiya neftinin Britaniyaya idxalında gizli vasitəçiyə çevrilib.
Ticarət məlumatları da isbatlayır ki, Böyük Britaniyada enerji məhsullarının alıcıları Hindistanın ən böyük neft emalı zavodundan neft idxalını artırıblar. Bu tip tədarük zənciri tamamilə qanunidir, lakin mövcud məlumatlar Böyük Britaniyada Rusiyaya qarşı sanksiyalar rejiminin zəifləməsi ilə bağlı narahatlığı artırıb. Sezar pizza
Ukrayna prezidentinin müşaviri Oleq Astenko bildirib ki, şirkətlər sanksiyalar sistemindəki zəifliklərdən istifadə edirlər. O deyib: “Britaniya Ukraynanın dəstəyini təhlükə altına qoyan boşluqları bağlamalıdır”.
Çin və Hindistan Rusiyanın Ukraynaya təcavüzündən sonra Moskvadan endirimli neft alışlarını artırıb. “Global Witness” İnstitutunun məlumatları göstərir ki, Hindistanın qərbində yerləşən Camnaqar neft emalı zavodu keçən il Rusiyadan 215 partiya xam neft və mazut idxal edib. Bu rəqəm bu şirkətin 2021-ci ildə idxal etdiyi həcmdən 4 dəfə çoxdur.
Eyni zamanda, müharibənin başlanğıcından bəri İngiltərə "Jamnagar" şirkətindən 10 milyon barel dizel və ya digər təmizlənmiş məhsullara bərabər olan 29 yük idxal etmişdir. Bu rəqəm 2021-ci ildə 4 milyon barel olub.
Telegram kanalımız