İlin əvvəlindən bu yana 20 mindən çox qanunsuz miqrant La-Manş boğazını keçərək Böyük Britaniyaya daxil ola bilib.
Yenisabah.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrinə istinadən xəbər verib.
Agentlik əlavə edib ki, ötən il bu rəqəm 11300 nəfər olub:
“Qeyri-qanuni miqrantların La-Manş boğazını keçərək Böyük Britaniyaya keçmək üçün sonuncu cəhdlərindən biri şənbə günü həyata keçirilib. 600-dən çox insan böyük qayıqlarla boğazı keçərək Böyük Britaniyaya çata bilib. Ümumilikdə, bu il ərzində 60 minə yaxın insan Böyük Britaniyaya qanunsuz daxil ola bilər”. – məlumatda qeyd olunub.
Telegram kanalımız