Böyük Kanyonda baş verən daşqında iki nəfər öldü, 14 nəfər itkin düşdü

saytların hazırlanması

Evə çatdırılma

Böyük Kanyonda baş verən daşqında iki nəfər öldü, 14 nəfər itkin düşdü

Dünya

01 Sentyabr 2026 00:11 140


ABŞ-nin Arizona ştatında Böyük Kanyon Milli Parkında baş verən daşqın nəticəsində azı iki nəfər ölüb, 14 nəfər itkin düşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Milli Parklar Xidməti məlumat yayıb.

Qeyd olunub ki, daşqınlar həftəsonu milli parka ziyan vurub, düşərgələr, tikililər, piyada cığırları və mühüm infrastruktur dağılıb. İlkin qiymətləndirmələrə görə, "Transcanyon Waterline" parkının su kəmərinin təxminən 40 %-i zədələnib və ya dağılıb. Pepperoni pizza

Hakimiyyət orqanları təxliyə prosesinə başlayıb. Axtarış-xilasetmə əməliyyatı davam edir.

ABŞ Milli Meteorologiya Xidməti Böyük Kanyonda, eləcə də Arizonanın şimalı və mərkəzində ən azı bazar ertəsi axşamınadək təkrar daşqın riskinin olduğunu elan edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!