Braziliyada təyyarənin yaşayış binasına düşməsi nəticəsində 2 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Braziliyada təyyarənin yaşayış binasına düşməsi nəticəsində 2 nəfər öldü

Dünya

05 May 2026 01:51 79


Braziliyanın Belu-Orizonti şəhərində yüngülmühərrikli təyyarə yaşayış binasına düşüb, nəticədə 2 nəfər ölüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Portuqaliya mediası məlumat yayıb.

Bildirilib ki, birmühərrikli təyyarə şəhərin şimal-şərqindəki üçmərtəbəli yaşayış binasına çırpılıb. Təyyarə binanın divarını deşib, bu zaman onun qanadları dayanacağa düşüb. Həmçinin yanacaq sızması baş verib və hadisə yerinə dağılıb.

Yanğınsöndürmə xidmətinin ilkin məlumatına görə, ölənlər pilotlar olub./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!