Braziliya Federal Polisi ölkədə keçirilən prezident seçkiləri fonunda Birləşmiş Ştatların seçki prosesinə ehtimal olunan müdaxiləsi ilə bağlı ilkin araşdırmaya start verib.
“Yeni Sabah” xəbər verir ki, Braziliya Baş Prokurorluğunun təqdim etdiyi rəsmi müraciət əsasında kəşfiyyat departamentinə həvalə olunan araşdırma ABŞ tərəfindən bəzi siyasi təşəbbüslərə maliyyə ayrılması və məhkəmə sisteminə təsir cəhdləri barədə iddiaları əhatə edir.
Federal Polisin Baş direktoru Andrey Rodriqez məsələnin hazırda ilkin icraat mərhələsində olduğunu və toplanan materialların diqqətlə təhlil edildiyini bildirib. Braziliya hakimiyyəti ölkənin demokratik təsisatlarına və siyasi sabitliyinə xaricdən edilən hər hansı müdaxilə cəhdinin yolverilməz olduğunu vurğulayıb. Dördpendirli pizza
Nazim Hacıyev
Telegram kanalımız