Brilliant Dadaşova Jirnovskidən danışdı:   “Üzünə tüpürəcəkdim...“

saytların hazırlanması

Evə çatdırılma

Brilliant Dadaşova Jirnovskidən danışdı: “Üzünə tüpürəcəkdim...“

Şou

07 Aprel 2022 15:43 351


Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski ölüb.

Yenisabah.az xəbər verir ki, Xalq artisti Brilliant Dadaşova da məsələyə özünəməxsus şəkildə münasibət bildirib.

Sosial şəbəkə hesabında bu haqda yazan sənətçi bu sözləri qeyd edib: Dominos pizza

“Bu gün biri ölüb, mən kiminsə ölümünə sevinənlərə təəccüb edirəm. Əsla, sevinmirəm. Sadəcə onun şeytanın qardaşı olduğunu bilirəm. Bir şeyə heyfsilənirəm. Onu həyatda görüb, iki kəlmə deyəcəkdim. Üzünə tüpürəcəkdim, gecikdim. Bax buna üzülürəm”.

Qeyd edək ki, Xalq artisti sonradan konkret ünvan göstərib və hədəfinin Vladimir Jirinovski olduğunu bildiirb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!