Brilliant Dadaşova koronavirusa yoluxdu: “Reseptləri tulladım”

saytların hazırlanması

Evə çatdırılma

Brilliant Dadaşova koronavirusa yoluxdu: “Reseptləri tulladım”

Şou

07 Sentyabr 2021 13:30 5921


Xalq artisti Brilliant Dadaşova koronovirus infeksiyasına yoluxub.

Yenisabah.az xəbər verir ki, açıqlaması ilə gündəm yaradan sənətçi virusa yoluxsa da, müalicə olunmadığını deyib.

Xalq artisti həkimlərin ona yazdığı dərmanları istifadə etməyib: Pepperoni pizza

"Mənə resept yazdılar, götürüb atdım kənara. Atın həkimlərin yazdığı dərmanları. Üç vərəq dərman yazan həkimləri evdən qovun! 25 gündür korona tutmuşam. Şükür yaxşıyam. Nə xəstəxanaya getdim, nə həkim deyən dərmanlardan istifadə etdim.

Əgər virusa yoluxubsuzsa, təşvişə düşməyin. Ən əsas budur. Adi qrip kimidir. Sadəcə hərarət çox olur. Vitamin qəbul edin, zoğal yeyin. Zoğalın tərkibində elə vitaminlər var ki, heç bir antibiotikin tərkibində yoxdur. Qoymayın damarınıza antibiotiklər vursunlar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!