YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Britaniya İcmalar Palatasının sədri: “Azərbaycan səfirliyinə hücumdan təəssüflənirik“

Britaniya İcmalar Palatasının sədri: “Azərbaycan səfirliyinə hücumdan təəssüflənirik“

Siyasət

06 Oktyabr 2022 18:20 466


"Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı məlumatlardan təəssüflənirik". 

"Report" xəbər verir ki, bunu Böyük Britaniya Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə bildirib.

O, bu hadisə ilə bağlı məsələni bir daha qaldıracağını, səfirliyin binasının və əməkdaşlarının təhlükəsizliyi istiqamətində görülən işlərlə maraqlanacağını söyləyib.

Qeyd edək ki, S.Qafarova görüş zamanı Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı narahatlığını ifadə edərək bu hücumun əsas məqsədinin iki ölkə arasında yüksək səviyyəli münasibətlərə xələl gətirmək cəhdinin olduğunu vurğulayıb: "Bu təxribat hərtərəfli araşdırılmalıdır. Səfirliyimizin, diplomatlarımızın qarşılıqlılıq prinsipi əsasında təhlükəsizliyinin təmin olunması mühüm əhəmiyyət kəsb edir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!