Baxmut ərazisində rusların hərəkət şəraitinin pisləşməsi ukraynalı müdafiəçilərə üstünlük verə bilər.
Yenisabah.az “Yevropeyski pravda”ya istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.
Təhlildə bildirilir ki, havanın getdikcə istiləşməsi palçıqlı şəraitə və yolsuzluğa (rasputitsa) gətirib çıxaracaq. pizza hut
Bu məqamdakı zəif hərəkətlilik, adətən, Ukrayna Müdafiə Qüvvələrinə hərbi üstünlük verir.
Xatırladaq ki, fevral ayında ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley Ukrayna Silahlı Qüvvələrinin Baxmutdan geri çəkilməyəcəyini proqnozlaşdırmışdı.
Telegram kanalımız